Pages

Tuesday, October 5, 2010

Yalnız zövg və prestij sevənlər üçün "Vacheron Constantin"

Vacheron Constantine dedikdə ilk ağıla gələn lüks həyat tərzi ideal seçim və klassikadır.Bu saat yalnız zövg və gözəlliyi təmsil edir.Bu da təsadüfü deyil,çünki bu saatlar Napaleon Bonaparte,Duke of Windsor,Harry Truman,Papa Pius XI kimi şəxsiyyətlərin seçimi olmuşdur bu səbəbdəndirki Vacheron Constantine dunyanın ən qədim saat markası  hesab edilir.
Qısa tarixine nəzər salsaq görərik ki,Vacheron Constantine markasi ilk dəfə 1755 ci ildə meydana çıxıb.onun yaradıcısı Jean Marc Vacheron olmuşdur.Əsası İsverçrənin Cenevrə şəhərində yerləşir və Richemont şirkətlər qrupuna daxildir.Dunyanın 80 dən çox ölkəsinə satış imkanı və dunyada 15 satış ofisi var.(sevindirici haldırki 15 satış ofisindən biridə Bakı da yerləşir)
Vacheron Constantine saatları 250 illik tarixə malik olaraq muasir dövrün Prestij Saat istehsalının nəbzin tutmağa davam edir.
"Egerie"
Bu saat markasının 18 karatalıq çəhrayı və ağ qızıldan istehsal olunmuş "Egerie" qadın saatı həqiqətən valehedicidir.Bundan əlavə Vacheron Constanine saat markasının "1972 Cambree"adlı yüksək estetika və qadın gözəlliyini ifade eden modeli "Prestige de la France"mükafatına sahib olmuşdur.
Vacheron Constantine saat markası İsvecrədə imtiyazlı oliqarx və Dövlətlər arası mükafat olmuşdur.İkinci Dunya müharibəsindən sonra 1955 ci ildə müttəfiq dovlətlərin Cenevrədəki Millətlər Topluluğu binasında toplanan zaman 20 Cenevrəli tərəfindən "BU SAAT HƏR ZAMAN XOŞBƏXT DƏQİQƏLƏRİ GÖSTƏRMƏLİ-SƏNİN VƏ MİLLƏTİN ÜÇÜN DUNYADAKI SÜLH ÜÇÜN" deyerək Nikolay Bulganin,Antoni Eden,D.Eyzenhauzer və Edgar Faure  yə hıdiyyə kimi təqdim olunmuşdurş

1 comment:

  1. Yeni blog-un ugurlu olsun! maraqli yazi idi. yeni yazilarini sebirsizlikle gozleyirem! Ilkin.

    ReplyDelete